Trabzondan gələn gəmi Soçi limanına buraxılmadı
Trabzon şəhərindən gələn bərənin Rusiyanın Soçi limanına girişinə icazə verilməyib və iki gündən çox gözlədikdən sonra gəmi Türkiyəyə qayıdır.
Adalet.az xəbər verir ki, “SVS Shipping” MMC rəhbərliyinin məlumatına görə, iki gün yarım gözləyən bərənin Soçi limanına girişinə icazə verilməyib və gəmi Rusiyada sərnişinləri düşürmədən Trabzona qayıdır.
Noyabrın 6-da Trabzondan hərəkət edən “Seabridge” bərəsinin Rusiyaya giriş icazəsinin olmaması və ərazidə təlim məşqləri keçirilməsi səbəbindən Soçi limanına girişinə icazə verilməyib. Rusiya Tur Operatorları Assosiasiyasının məlumatına görə, gəmidə təxminən 20 sərnişin olub və onların əksəriyyəti Rusiya vətəndaşdır.
Krasnodar diyarı administrasiyası təhlükəsizlik məsələlərinin həll olunmaması səbəbindən Soçi ilə Türkiyənin Trabzon şəhəri arasında müntəzəm bərə xidmətinin açılmasını vaxtından əvvəl hesab etdiyini qeyd edib.
Soçi ilə Trabzon arasında bərə xətti 1993-cü ildən 2011-ci ilə qədər fəaliyyət göstərib. Marşrutun 2024-cü ilin dekabrında bərpa edilməsi planlaşdırılırdı, lakin həmin plan dəfələrlə təxirə salınıb.
Digər Xəbərlər
23 Noyabr 2026 00:00
Tramp İrana zərbələrin bərpasını nəzərdən keçirir
22 Noyabr 2026 23:15
Zaxarova: BMT-də islahatlar təşkilatın bütün sahələrini əhatə etməlidir
22 Noyabr 2026 22:23
Hörmüzdə tankerlər minaya düşərək partladı
22 Noyabr 2026 19:00
"İsrail Suriyaya hücum edə bilər"
22 Noyabr 2026 18:54
Avropa İttifaqı gələn il miqrant axınında rekord gözləyir
22 Noyabr 2026 18:51
Taxta çıxanda qardaşını tituldan məhrum edə bilər - Kral ailəsində qalmaqal
22 Noyabr 2026 18:36
“Açıq sərhədlər dövlətləri məhv edir” - Tramp
22 Noyabr 2026 18:25


Bakı -°C

