Tramp 41 illik qərarı bir imza ilə ləğv etdi
ABŞ Prezidenti Donald Tramp 41 ildir qüvvədə olan aviasiya məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində qərar imzalayıb.
Adalet.az xəbər verir ki, Tramp 2026-cı il sentyabrın 30-da imzaladığı sənədlə 1985, 1992, 1998 və 2007-ci illərdə qəbul edilmiş dörd prezident qərarını ləğv edib.
Bu addım ABŞ ilə Livan arasında birbaşa sərnişin uçuşlarının bərpasına yol aça bilər.
Məhdudiyyətlərin tarixi 1985-ci ildə baş vermiş qanlı terror hadisəsinə gedib çıxır. Həmin il ABŞ-nin TWA aviaşirkətinə məxsus 847 saylı sərnişin təyyarəsi “Hizbullah”la əlaqəli silahlılar tərəfindən qaçırılmışdı.
Hadisə zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcı Robert Stethem öldürülmüşdü. Bundan sonra prezident Ronald Reyqan Livanla hava əlaqələrinə ciddi məhdudiyyətlər tətbiq etmişdi.
Yeni qərar Beyrutla ABŞ-nin iri şəhərləri arasında birbaşa aviareyslərin təşkilinə imkan yarada bilər. Lakin uçuşların faktiki başlanması üçün aviasiya təhlükəsizliyi yoxlamaları, tənzimləyici qurumların razılığı və iki ölkə arasında müvafiq razılaşmalar tələb olunur.
Livanın milli aviadaşıyıcısı “Middle East Airlines”ın 2027-ci ilin sonlarında və ya 2028-ci ildə ABŞ-yə birbaşa uçuşlara başlaya biləcəyi ehtimal edilir.
Belə bir addım Livan iqtisadiyyatı, turizm sektoru və ABŞ-də yaşayan livanlı icma üçün mühüm əhəmiyyət daşıya bilər.
Digər Xəbərlər
12 Oktyabr 2026 09:48
“Zelenski bu məsuliyyəti üzərinə götürməyə hazır deyil”
12 Oktyabr 2026 09:46
Qardaş ölkə sərhəddə fövqəladə vəziyyət elan etdi
12 Oktyabr 2026 09:30
Polşanın Baş nazirini öldürməklə hədələyən şəxs saxlanıldı
11 Oktyabr 2026 15:53
İngiltərədə zooparkda pələng kişiyə hücum etdi - Hadisə yerində öldü - VİDEO
11 Oktyabr 2026 15:49
Pakistanda İmran Xan böhranı - Fövqəladə vəziyyət elan olundu
11 Oktyabr 2026 09:07
Tramp və Netanyahu İranla bağlı müzakirə apardı
10 Oktyabr 2026 14:18
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
10 Oktyabr 2026 13:54


Bakı -°C

