Tramp: Azərbaycan və Ermənistan arasında qarşıdurma da daxil olmaqla 7 münaqişəni dayandırdım

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ikinci prezidentlik müddətinin yeddi ayı ərzində Azərbaycan və Ermənistan arasındakı qarşıdurma da daxil olmaqla yeddi münaqişəni həll edə bilib.
Adalet.az xəbər verir ki, o, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.
"Yeddi ay ərzində yeddi sonsuz müharibəni bitirdim. Təxminən 31 il, biri 36, digəri 28. Burada söhbət Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, həmçinin Ermənistan və Azərbaycan arasında münaqişələrdən gedir", - Tramp qeyd edib.
ABŞ Prezidenti qeyd edib ki, BMT bu məsələdə heç bir köməklik göstərməyib.
Digər Xəbərlər

Tramp Rusiyaya sərt XƏBƏRDARLIQ ETDİ

Ərdoğan: Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq

Tramp və xanımı gözlənilməz vəziyyətlə üzləşdilər - VİDEO

Ərdoğan Qəzzanın səsi olmaq üçün bunu etdi - FOTO/VİDEO

"Ukraynalılar sülh sazişinə razı olmalıdırlar" - Rubio

Rusiya Zaporojyeyə zərbələr endirib - ölən və yaralananlar var

Rusiya eskalasiyaya səbəb olan hərəkətlərə görə tam məsuliyyət daşıyır
