Azərbaycanın İsrailə görə "Avroviziya"dan imtinası xəbərlərinə MEDİA-dan açıqlama

Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur. Yayılan məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə Azərbaycanın İsrailə görə Avroviziya Mahnı Müsabiqəsində iştirakdan imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer almışdır.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
"Azərbaycana qarşı dezinformasiya yayan yuxarıda qeyd olunmuş media resurslarının saxta xəbərlərinin təsiri altında Türkiyə mediasında və sosial media seqmentində bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur.
Beynəlxalq ictimaiyyəti, media resurslarını, jurnalistləri və ictimai fəalları bu kimi dezinformasiya və saxta xəbərlərə inanmamağa çağırır, belə hallara qarşı prinsipiallıq, sayıqlıq nümayiş etdirməyə səsləyirik", - açıqlamada deyilir.
Digər Xəbərlər

Natiq Məmmədli: Qarabağın dirçəlişi Azərbaycan mediasının əsas mövzusudur

Baku TV-yə xəbərdarlıq edildi

Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşdirilib

Daha bir neçə sayt Mətbuat Şurasına üzv oldu

MEDİA və Mətbuat Şurası başsağlığı yayıb

Gəncliyə Yardım Fondunda Milli Mətbuatın 150 illiyi münasibətilə görüş keçirildi

Bakıda II Azərbaycan-Özbəkistan Media Forumu keçirilib - YENİLƏNİB
