adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 May 2024 09:15
304
DÜNYA

Tramp: "Bayden administrasiyası gestapodur"

NBC telekanalının məlumıtına görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, barəsində aparılan cinayət işləriylə bağlı, hazırki prezident administrasiyasının işini  gestapo rejimi adlandırdı.

 "Bu insanlar administrasiyanı gestapo üsulu ilə idarə edirlər... Məhkəmə süründürmələri onların yeganə görə bildikləri işdir. Onların fikirincə, prezident marafonunda qələbə qazanmağın yeganə yolu budur."- deyə 45-ci prezident Floridadakı Mar-a-Laqo reziddnsiyasındakı çıxışında bildirib.

  Tramp əlavə edib ki, "Bayden Amerika tarixinin ən pis prezidentidir, fırıldaqçı və uzun illərdi korrupsiyaya bulaşmış birisidir".

 Respublikaçılar partiyasından Prezidentliyə namizəd eks-prezidentin sözlərinə görə, onu məhkəmələrə sürükləyən qanun problemlərindən qətiyyən narahat deyil. Lakin Tramp etraf edib ki, son anadək ona qarşı həqiqətən ittiham irəli sürülərək cinayət işi açılacağına insnmayıb. ABŞ-ın keçmiş prezidenti onun işini aparan xüsusi prokuror Cek Smiti - xəstəruhlu bandit adlandırıb. 

   Donald Tramp, bu cinayət prosseslərini, Co Bayden tərəfindən aparılan siyasi təqib  kimi qiymətləndirib.

  Rüstəm Hacıyev