adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Aprel 2024 09:43
377
DÜNYA

Tramp Baydeni ABŞ-ın ən yaramaz prezidenti hesab edir

ABŞ-ın eks prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib ki, qarşıdan gələn seçkilərdə müstəqil namizəd kimi iştirak etmək istəyən kiçik Robert Kennedi əslində hazırda fəaliyyətdə olan prezident Co Baydenin yenidən seçilməsini təmin etmək məqsədiylə ortaya atılmış "qurama ördəkdir".

  "Radikal solçu Robert Kennedi , Birləşmiş Ştatların tarixində ən yaramaz prezident Co Baydenin yenidən seçilməsinə kömək etməsi üçün demokratların ortalığa atdığı "qurama ördəyidir"-deyə Tramp yazıb.

 Tramp əlavə edib ki, noyabrda keçiriləcək prezident seçkilərində müstəqil namizədə verilən hər bir səs "boşa xərcləməcək".

  Robert Kennedi X sosisl şəbəkəsində eks prezidentin bəyınatını  şəhr edərkən bildirib ki, bu cür ittihamlar vəhşilik və dəqiq olmayan məlumatlardı. "Bu məsələlər amerikan ənənələrinə uyğun olaraq prezident sekiləri ərəfəsində keçirilən debatlarda həll olunmalıdır".

  Rüstəm Hacıyev