14 May 2025 18:10
97
DÜNYA

Tramp: Əhməd əş-Şaara ilə görüş əla keçdi

ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda Suriyanın keçid dövrü lideri Əhməd əş-Şaara ilə görüşünün əla keçdiyini bildirib.

Adalet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.

Tramp Suriya Prezidentini gənc, cəlbedici və çox güclü keçmişə malik bir şəxs kimi təsvir edib. ABŞ Prezidentinin fikrincə, əş-Şaaranın vəziyyəti nəzarət altında saxlamaq üçün real şansı var.

O, regiondakı ölkələrlə münasibətlərinin İsrail üçün faydalı olduğunu vurğulayıb.

Qeyd edək ki, ikitərəfli görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaranın iştirakı ilə dördtərəfli formatda danışıqlar aparılıb.