Tramp HƏMAS-ın tezliklə tərksilah ediləcəyini elan etdi
ABŞ prezidenti Donald Tramp bildirib ki, 30 iyul Cümə axşamı günü Qahirədə vasitəçilər və HƏMAS liderləri arasında aparılan danışıqlar nəticəsində Qəzzada tərksilahla bağlı mərhələli razılaşma əldə edilib.
Adalet.az xəbər verir ki, bu barədə Tramp sosial mediada yazıb.
"Bu gün Sülh Şurası HƏMAS və Qəzzadakı bütün digər silahlı qrupları tamamilə tərksilah etmək üçün tarixi bir razılığa gəlib", - paylaşımda qeyd olunub.
O, tərksilahın mərhələli şəkildə baş verəcəyini əlavə edib:
"Bu, davamlı sülh və təhlükəsizlik yolunda atılmış möhtəşəm bir addımdır."
Tramp bildirib ki, razılaşma Qəzzanın "Sülh Şurası" ilə sıx əməkdaşlıq edəcək yeni Fələstin hökuməti tərəfindən idarə olunması istiqamətində mühüm addımdır.
ABŞ prezidenti əlavə edib ki, "Eyni zamanda, İsrail layiq olduğu təhlükəsizliyi alacaq, çünki Qəzza artıq terror hücumları üçün baza kimi istifadə olunmayacaq".
Lakin HƏMAS mənbəsi "Reuters" agentliyinə bildirib ki, "layihə müqaviləsi" ağır silahların yalnız Fələstin Muxtariyyəti tərəfindən saxlanılacağını və nəzarət ediləcəyini və İsrailə ötürülə bilməyəcəyini nəzərdə tutur.
"İsrail qoşunları Qəzza zolağından çəkilənə qədər tərksilahla bağlı heç bir tədbir görməyəcəyik", - mənbə qeyd edib.
Digər Xəbərlər
26 Oktyabr 2026 20:44
Avropadakı etirazları Türkiyəyə daşımaq istəyənlərə Ərdoğandan XƏBƏRDARLIQ
26 Oktyabr 2026 20:34
4 il sonra ilk dəfə Rusiya səmasından uçdular
26 Oktyabr 2026 20:00
Şahzadə uşaqlıqda DJ olmaq istəyibmiş
26 Oktyabr 2026 18:50
Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib
26 Oktyabr 2026 17:39
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
26 Oktyabr 2026 14:54
Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı
26 Oktyabr 2026 14:20
Norveç Trampın təhqirinə belə cavab verdi
26 Oktyabr 2026 14:00


Bakı -°C

