Tramp Hindistan məhsullarına əlavə rüsum tətbiq etdi

Tramp Rusiyadan neft almaqda davam etdiyi üçün Hindistan məhsullarının idxalına daha 25% rüsum tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş ABŞ prezidentinin sərəncamında deyilir.
Prezident administrasiyasından bildirilib ki, Hindistana qarşı tətbiq edilən tarif Rusiya neftini idxal edən digər ölkələrə də şamil edilə bilər.
Qeyd edək ki, Hindistan məhsullarına əlavə 25%-lik gömrük tarifinin tətbiqi qərarı Trampın xüsusi nümayəndəsi Stiven Uitkofun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən az sonra verilib. Görünür Ağ Ev danışıqların nəticəsindən razı qalmayıb.
Digər Xəbərlər

Ərdoğanın Ukraynaya səfərinə dair yayılan məlumat təkzib olunub

Mirzoyan da ABŞ-yə gedir

Ərdoğan: 2002-ci ildən bu günə qədər 13 min 291 tarixi sənət əsəri Türkiyəyə qaytarılıb

Ermənistan ordusunun hərbçiləri qəzaya düşdü - Ölən var

Polşanın yeni Prezidentinin andiçmə mərasimi keçirilib

Uitkoffla danışıqlar faydalı və konstruktiv keçib - Uşakov

Pezeşkianın oğlundan SƏRT AÇIQLAMA - Azərbaycanla müharibə etmək...
