Tramp Putinlə Alyaskada nə danışacağını açıqlayıb

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və avropalı müttəfiqlərinə Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcəyini deyib.
Adalet.az xəbər verir ki, bu haqda “NBC News”a mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Tramp Avropa liderlərinə Putinlə Alyaskada görüşməkdə məqsədinin Ukraynada atəşkəs olduğunu bildirib.
Telekanalın məlumatına görə Tramp Avropa liderləri ilə telefon danışığı zamanı Putinlə heç bir torpaq mübadiləsini müzakirə etməyəcəyini deyib.
Tramp və Avropa liderləri Ukraynada sülh danışıqlarına başlamazdan əvvəl atəşkəsin əldə edilməli olduğuna dair razılıq əldə ediblər.
Digər Xəbərlər

Ağ Ev Trampla Putinin görüşünə dair paylaşım edib

Ağız deyəni qulaq eşitmədi - VİDEO

Ukrayna ilə bağlı razılaşmanı mən imzalamalı deyiləm - Tramp

CNN iki prezidentin təyyarələrini müqayisə etdi

“Dinc insanları öldürməyi nə vaxt dayandıracaqsınız?” sualına - Putinin reaksiyası

Tramp: Sülh sazişi Moskva və Kiyev arasında razılaşdırılmalıdır

Tramp və Putinin görüşü başladı - CANLI + YENİLƏNİB
