Tramp Tailand və Kambocanı yeni tariflərlə hədələdi
ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca arasında düşmənçiliyin dayandırılmaması təqdirdə, bu ölkələrin hakimiyyətini onların məhsullarına yeni tariflər tətbiq etməklə hədələyib.
Adalet.az xəbər verir ki, Amerika lideri bunu “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bildirib.
“Əgər müharibəyə başlasanız, mən nəinki ticarət müqaviləmizi ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəyəm”, - deyə Tramp əlavə edib ki, “bunu məndən başqa heç kim edə bilməz”.
Müsahibə cümə günü qeydə alınıb. Görünür, Tramp həmin gün Tailand və Kambocanın baş nazirləri ilə apardığı telefon danışıqlarına istinad edirdi.
Tramp tariflərin tətbiq edilməsini öz administrasiyası üçün vacib bir xarici siyasət aləti kimi qiymətləndirib. O vurğulayıb ki, ABŞ Ali Məhkəməsi tərəfindən bəzi tariflərin ləğv edilməsi, ölkəsi üçün "dəhşətli" nəticələrə səbəb ola bilər. Lakin Amerika lideri buna baxmayaraq, əlavə tariflər tətbiq etmək üçün hüquqi əsaslar tapacağına əmin olduğunu qeyd edib. ABŞ Ali Məhkəməsi bu məsələyə hələ də baxır.
Dekabrın 7-də Kamboca-Tailand sərhədi boyunca silahlı toqquşmalar baş verib.
Digər Xəbərlər
14 Yanvar 2026 15:00
Ukraynanın yeni müdafiə naziri təyin edildi
14 Yanvar 2026 14:31
Hindistan vətəndaşlarını İranı tərk etməyə çağırıb
14 Yanvar 2026 14:21
ABŞ hərbçilərinə Qətərdəki bazanı tərk etmək tövsiyə edilib
14 Yanvar 2026 13:55
"Vətəndaş müharibəsi baş verərsə, Azərbaycan öz soydaşlarını müdafiə etməlidir"
14 Yanvar 2026 13:39
Paşinyan Cənubi Qafqazı təhlükəsiz mühit adlandırdı
14 Yanvar 2026 13:14
Türkiyədə daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
14 Yanvar 2026 12:37
Yuliya Timoşenkonun ofisində axtarış aparıldı
14 Yanvar 2026 12:28


Bakı -°C

