adalet.az header logo
  • Bakı -°C
13 Aprel 2026 10:19
94
DÜNYA
A- A+

Trampın İranla bağlı üç ssenarisi

ABŞ-nin Donald Tramp administrasiyası İslamabadda keçirilən uğursuz danışıqlardan sonra üç mümkün ssenarini nəzərdən keçirir: İran hakimiyyətinin devrilməsi, daxildə etirazlar və ya yeni hərbi qarşıdurma mərhələsinə keçid.

Adalet.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Məqalə müəllifi David İqnatiusun fikrincə, İslamabadda İran və ABŞ arasında uğursuz danışıqlardan sonrakı proseslər dərhal müharibəyə qayıdış demək deyil, əksinə, siyasi-strateji məqsədlərlə maksimum iqtisadi təzyiq mərhələsinə keçidin göstəricisidir.

Nəşr danışıqlarda iştirak edən mənbələrə istinadla bildirib ki, Prezident Donald Trampın Hörmüz boğazını blokadaya almaq qərarı hərbi addım yox, təzyiq taktikasıdır.

“Tramp müharibəni genişləndirmək istəmir, uzunmüddətli münaqişələrin yüksək xərcləri və risklərini yaxşı anlayır”, - mənbə əlavə edib.