Trampın müşaviri Hikmət Hacıyevlə DANIŞDI
"Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Bu həftə mən Prezident İlham Əliyevin milli təhlükəsizlik məsələləri üzrə müşaviri cənab Hikmət Hacıyevlə danışdım".
Adalet.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviriMayk Uolts “X” hesabında yazıb.
“Biz şadıq ki, Azərbaycan və Ermənistan irəliyə doğru böyük addım atıb və sülh müqaviləsi bağlamaq barədə razılığa gəliblər. Mən ona dedim ki, biz bu sülh sazişini indi başa çatdırmalı və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü bütün dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”, - deyə Uolts bildirib.
Digər Xəbərlər
20 Sentyabr 2026 13:38
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
20 Sentyabr 2026 11:14
Ceyhun Bayramov ABŞ-a getdi
19 Sentyabr 2026 11:47
“Rusiya seçkilərdən sonra yeni hərbi kampaniya başlaya bilər”
19 Sentyabr 2026 11:47


Bakı -°C

