Trampın "Qızıl kümbəz" planı
ABŞ prezidenti Donald Tramp Konqressin hər iki palatasının birgə iclasında, "Golden Dome" (Qızıl kümbəz") adlı yeni planının hazırlanması və raket əleyhinə yeni sistemin yaradılacağını elan etdi.
ABŞ prezidenti çıxışı zamanı qeyd edib ki, onun bu təşəbbüsü "gələcəyin ən güclü ordusunu yaratmağa yönəlib". Tramp Konqressi bu layihəni maliyələşdirməyə çağırdı.
Analoji sistemin yaradılması, hələ yaxın keçmişdə (1981-1989), Ronald Reyqanın prezidentliyi dövründə də müzakirəyə çıxarılmışdı. Trampın sözlərimə görə, sadəcə olaraq o vaxtın texnologiyası bunun həyata keçirilməsi üçün kifayət etmirdi. "İndi bizim bu layihəni həyata keçirmək üçün texnoloji imkanlarımız var. Əslində bu inanılmaz bir layihədir"- deyə prezident bildirib.
Donald Tramp müasir dünyanın təhlükəli bir vəziyyətdə olduğunu, ölkəsinin və vətəndaşlarının təhlükəsiz yaşamalarının təmin edilməsinin vacib olduğunu vurğulayıb.
Tramp hələ 2025-ci il yanvarın 28-də raket əleyhinə milli sistemin yaradılması ilə bağlı, "Amerikanın Dəmir kümbəzi" adlı fərman imzalamışdı. Fərmana uyğun olaraq müdafiə naziri Pit Xeqcetə layihənin həyata krçirilməsinə başlamaq üçün 60 gün vaxt verilmişdi.
Rüstəm Hacıyev
Digər Xəbərlər
14 Oktyabr 2026 08:21
BMT-də 15 ölkəyə yeni mandat
14 Oktyabr 2026 08:07
Tramp bir daha İranla münaqişənin tezliklə sona çatacağını bildirib
14 Oktyabr 2026 07:20
İrana qarşı yeni bir əməliyyat ehtimalını müzakirə ediblər
14 Oktyabr 2026 07:19
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
14 Oktyabr 2026 07:18
Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər
14 Oktyabr 2026 07:16
100 minlik borc qalmaqalı ilə gündəmə gələn səfir istefa verdi
14 Oktyabr 2026 07:10
Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi
13 Oktyabr 2026 23:28


Bakı -°C

