Trampla Putin telefonla DANIŞDI - YENİLƏNİB
Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasındakı telefon danışığı başa çatıb.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Danışıqlar bitdi”, - o deyib.
Xatırladaq ki, iki lider arasında əvvəlki danışıq fevralın 12-də olub. Bundan əvvəl Rusiya və ABŞ dövlət başçıları üç il ərzində ünsiyyət qurmayıblar. Liderlər arasında fevral razılaşmalarının ardından Səudiyyə Ərəbistanında yüksək səviyyəli Rusiya-Amerika danışıqları aparılıb. Orada həm ikitərəfli münasibətlərin bərpası, həm də Rusiya-Ukrayna münaqişəsinin həlli müzakirə edilib.
***19:14
Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin təxminən bir saatdır telefonla danışdığını bildirib.
Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində ABŞ Prezidentinin köməkçisi və Ağ Ev rəhbərinin müavini Den Skavino məlumat verib.
“Prezident Tramp Ağ Evin Oval kabinetindədir və Şərq sahili vaxtı ilə səhər saat 10:00-dan (Bakı vaxtı ilə 18:00) orada Rusiya Prezidenti Vladimir Putinlə danışır”, - Skavino deyib.
O qeyd edib ki, söhbət müsbət irəliləyir və hələ də davam edir
Digər Xəbərlər
26 Oktyabr 2026 20:44
Avropadakı etirazları Türkiyəyə daşımaq istəyənlərə Ərdoğandan XƏBƏRDARLIQ
26 Oktyabr 2026 20:34
4 il sonra ilk dəfə Rusiya səmasından uçdular
26 Oktyabr 2026 20:00
Şahzadə uşaqlıqda DJ olmaq istəyibmiş
26 Oktyabr 2026 18:50
Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib
26 Oktyabr 2026 17:39
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
26 Oktyabr 2026 14:54
Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı
26 Oktyabr 2026 14:20
Norveç Trampın təhqirinə belə cavab verdi
26 Oktyabr 2026 14:00


Bakı -°C

