Trampla Putinin danışıqlarına hazırlıq görülür

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlara hazırlaşır.
Adalet.az xəbər verir ki, bu barədə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz “ABC News”a müsahibəsində bildirib.
"Qarşıdakı günlərdə və həftələrdə Tramp və Putinin zəngini gözləyirəm", - o deyib.
Daha əvvəl Almaniya kansleri Olaf Şolts Trampın Putinlə görüş planlarını alqışladığını söyləyib.
Eyni zamanda, “Le Temps” qəzeti İsveçrə Xarici İşlər Nazirliyinin Məlumat Xidmətinin rəhbəri Nikola Bidoya istinadən İsveçrənin Putin və Trampın görüşünü təşkil etməyə hazır olduğunu söyləyib. Xatırladaq ki, Tramp yanvarın 9-da qubernatorlarla görüşdən əvvəl Mar-a-Laqo (Florida ştatı) şəhərindəki iqamətgahında Rusiya Prezidenti ilə görüşün hazırlandığını bildirib. O, əlavə edib ki, yanvarın 20-də andiçmə mərasimindən sonra bütün görüşləri keçirməyi planlaşdırır.
Digər Xəbərlər

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN

Çavuşoğlu: Vaxtında Türkiyənin addımları dəstəklənsəydi, Ukraynada atəşkəs əldə edilərdi

Rusiya Sudjanı tamamilə azad etdi - VİDEO

Peskovdan "muştuluq" xəbər: "Kurskun azad olmasının son mərhələsidir"

"ABŞ İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır"

Ərdoğan Rusiya və Ukrayna arasındakı sülhdən danışdı
