adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Yanvar 2023 20:15
1185
ELM VƏ TƏHSİL

TUALET TİKMƏK ÜÇÜN TENDER 

İmişli rayonunun Aranlı kəndindəki məktəbin olmayan tualetinin iyi sosial şəbəkələri və saytları başına götürüb.

Dörd ağacı yerə basdırıb bardanla qapatmaq nə çətin bir işdir, özü də İmişli pambıqçılıq rayonudu, bardan sarıdan da boldu.

Vəziyyətdən başqa bir çıxış yolu da Yaponiya səfirliyinə müraciət etməkdi. Yadınızdadırsa səfirlik Beyləqan rayonunun məktəblərinin birində yaraşıqlı bir tualet tikmişdi. Təmtəraqlı da açılışı olmuşdu. Yalan-gerçək günortadan sonra məktəbin direktoru tualetin qapısına qıfıl vurub ki, bəsdirin, xarab etməyin. Deyirlər direktor kəsilən qırmızı lenti yadigar kimi hələ də kabinetində saxlayır.

Mejduproçim, bir ildən çoxdur ki, magistral yolların kənarında istirahət zonaları yaradılıb. Özü də yaponların Beyləqan məktəbində tikdiyi tualetlərdən daha yaraşıqlıdı. Amma hələ də bağlı saxlanılır. Kimi və nəyi gözləyirlər? Yoldan ötənlər də məcbur olub tikilinin arxasına keçirlər, Aranlı kəndinin şagirdləri məkiəbin arxasına keçdiyi kimi.

Yaxşı olar ki, Elm və Təhsil Nazirliyi Aranlı kəndində tualet tikmək üçün ya tender elan etsin, ya da müsabiqə. Müsabiqədə birinci yer üçün 100 min manat, ikinci yer üçün 70 min manat, üçüncü yer üçün 50 min manat mükafat təsis etsin. Və sonda da 500 manat məktəb üçün pul ayırsın ki, tualet tiksinlər.