Turan Bayramov Avropa çempionu oldu
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı sona çatıb.
Adalet.az xəbər verir ki, qitə birinciliyinin altıncı günündə sərbəst güləş üzrə son 5 çəkidə mübarizəyə start verilib.
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı sona çatıb. Matc.az xəbər verir ki, qitə birinciliyinin altıncı günündə sərbəst güləş üzrə son 5 çəkidə mübarizəyə start verilib.
Turan Bayramov (74 kq) rəqiblərinə göz açmağa imkan verməyib. Gəncə güləş məktəbinin yetirməsi bütün rəqiblərinə vaxtından əvvəl qalib gələrək finala yüksəlib. Bayramov sırayla bolqarıstanlı Nikolay Dimitrovu (11:0), fransalı Maqamed Deliyevi (11:0) və rumıniyalı Kriştian Bironu (10:0) tam üstünlüklə məğlub edib. Turan finalda moldovalı Vasile Diakonla qarşılaşıb. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibinə qalib gələn Bayramov Avropa çempionu olub.
Fərid Cabbarov (86 kq) debütdə ermənistanlı Knyaz İboyana məğub olub - 5:7. Güləşçimiz təsəlliverici görüşdə moldovalı İvan İçizliyə uduzub - 3:6.
Abdulcəlil Şabanov (97 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi Recep Haydarini (7:5) mübarizədən kənarlaşdırsa da, gürcüstanlı Andro Marqişviliylə bacarmayıb - 13:23. Şabanov bürünc medal uğrunda ermənistanlı Sergey Sarqsyanla güləşib və son saniyədə qələbəni əldən verib - 5:8.
Digər Xəbərlər
05 Oktyabr 2026 20:00
Balde "Arsenal"ı seçdi
05 Oktyabr 2026 19:38
Prezident Əhmədə nə dedi? - FOTOLAR
05 Oktyabr 2026 19:11
"Real Madrid" Arda Gülerlə yeni müqavilə imzalayır
05 Oktyabr 2026 16:42
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” aldı
05 Oktyabr 2026 10:22
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
05 Oktyabr 2026 10:14
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
05 Oktyabr 2026 09:33
Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək
04 Oktyabr 2026 19:21


Bakı -°C

