Türk dövlətləri yaşıl transformasiyada güclərini birləşdirirlər - Nazir müavini
"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr yaşıl transformasiya yolunda mühüm addım atıblar".
Adalet.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu deyib.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bir araya gələn TDT ölkələrinin iqtisadiyyat və ticarətdən məsul nazirləri, ətraf mühit, rəqəmsal iqtisadiyyat və inkişaf məsələlərində əməkdaşlığı artırmaq qərarına gəliblər.
Tuzcu TDT ölkələrinin siyasətlərini yaşıl transformasiyaya uyğunlaşdıracaqlarını və bu sahədəki təcrübələrini bölüşəcəklərini vurğulayıb. O, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə maliyyə resurslarına çıxış üçün birgə fəaliyyətlər həyata keçirəcəklərini bildirib.
"Türkiyənin Gömrük Birliyi və Aİ-nin yaşıl transformasiya qanunvericiliyindən qaynaqlanan ciddi təcrübə toplusu var. Bu təcrübəni qardaş ölkələrlə bölüşmək istəyirik", - Tuzcu bildirib.
O, TDT ölkələri arasındakı əməkdaşlığın digər beynəlxalq təşkilatlara nümunə olmasını gözlədiklərini də ifadə edib.
Digər Xəbərlər
22 Oktyabr 2026 17:11
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
22 Oktyabr 2026 17:09
Çinli alimlər minlərlə neyronu izləyə bilən cihaz yaratdılar
22 Oktyabr 2026 16:03
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
22 Oktyabr 2026 15:56
Makron bütün etiraz aksiyalarını qadağan etdi
22 Oktyabr 2026 14:41
Türkiyə-Ermənistan sərhədi açılır?
22 Oktyabr 2026 14:30
Netanyahu: Trampın İsrailin İrana hücumunu bloklaması ilə bağlı xəbər yanlışdır
22 Oktyabr 2026 13:36
Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq
22 Oktyabr 2026 13:04


Bakı -°C

