“Türk dünyasının gənclər paytaxtı” statusu bu şəhərə verildi
Almatıda “Almatı - Türk dünyasının gənclər paytaxtı - 2025” ilinin rəsmi bağlanış mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omurəliyev iştirak edib.
Mərasimin əsas hadisəsi “Türk dünyasının gənclər paytaxtı” statusunun Almatıdan Özbəkistanın Xivə şəhərinə rəsmi şəkildə təhvil verilməsi olub.
Rəmzi açarın təqdim olunması gənclər təşəbbüslərinin davamlılığını və Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini ifadə edib.
“Almatı - Türk dünyasının gənclər paytaxtı - 2025” statusunun həyata keçirilməsi çərçivəsində şəhərdə müxtəlif formatlarda 50-dən çox tədbir təşkil olunub. Bu tədbirlərdə türk dünyasından 40 mindən çox gənc iştirak edib.
Digər Xəbərlər
03 Noyabr 2026 22:04
Dövlətə xəyanətdə ittiham olunan mətbuat katibi məsuliyyətə cəlb ediləcək
03 Noyabr 2026 20:00
Zelenski Rusiya ilə telefon danışığı məsələsinə belə cavab verdi
03 Noyabr 2026 18:42
Trampdan İsraillə bağlı ŞOK QƏRAR
03 Noyabr 2026 18:10


Bakı -°C

