Türk düşmənlərinin Geqamın "artsax arzuları"nı tətikləməsi: "Qayıdış" sayıqlaması
“Rəqəmlər sübut edir ki, Qarabağdan köçən ermənilər Ermənistan vətəndaşlığı üçün müraciət etməyə tələsmirlər.
Adalet.az xəbər verir ki, bu fikirləri ölmüş-itmiş qondarma “artsax”ın saxtakar hüquq müdafiəçisi Geqam Stepanyan "Dağlıq Qarabağdan məcburi köçkünlərin Ermənistan vətəndaşlığının alınması" məsələsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2023-cü ilə qədər qondarma və tanınmamış “artsax vətəndaşları”na verilən 070 kodlu pasport həmin şəxsə Ermənistan vətəndaşının malik olduğu bütün hüquqları verirdi, yeganə istisna səsvermə hüququ idi. Ermənistanda qeydiyyata alındıqdan və seçici siyahılarına daxil edildikdən sonra həmin şəxs Ermənistanda da öz seçki hüquqlarından istifadə edə bilər: “Vətəndaşlıq əldə etməyin qayıdış hüququna təsiri. Danılmazdır ki, ən azından qavrayışlar nöqteyi-nəzərindən Artsax əhalisi arasında Ermənistan vətəndaşlığını almamaq məsələsi birbaşa Artsaxa qayıtmaq perspektivi və qayıtmaq hüququ ilə bağlıdır”.
Qeyd edək ki, Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Armen Qazaryan parlamentdə çıxışı zamanı demişdi ki, Qarabağdan köçmüş ermənilər Ermənistan vətəndaşlığı almaq üçün kütləvi müraciətlər edirlər. Qarabağ erməniləri üçün Ermənistan vətəndaşlığının alınmasına sadələşdirilmiş prosedur qüvvədədir. Avqustun 30-na kimi 2900-dən çox erməniyə vətəndaşlıq verildiyini, 4300 nəfərin isə Ermənistan vətəndaşlığı üçün müraciət etdiyini demişdi.
P.S. “Hraparak” saytı yazır ki, azərbaycanlıların Qarabağa zəif dönüşü ermənilərin Qarabağa dönüşünə də stimul olur. Üstəlik, bir çox hegemon dövlətlərin (ABŞ, Rusiya, Fransa və s. ) Qarabağı könüllü tərk edən ermənilərin yenidən Qarabağa qaytarılması ilə bağlı tələbləri erməniləri hədsiz şirnikləndirir.
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Sentyabr 2026 17:38
2027-ci ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək
25 Sentyabr 2026 16:00
Əli Əsədov tacik həmkarı ilə görüşdü
25 Sentyabr 2026 15:56
İşdən çıxarılan icra başçısı nazir təyin edildi
25 Sentyabr 2026 15:52
İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi
25 Sentyabr 2026 15:30
Prezident onları təltif etdi - SƏRƏNCAM
25 Sentyabr 2026 13:22
Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTOLAR
25 Sentyabr 2026 13:17
"Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq gəlirlər..."
25 Sentyabr 2026 13:01


Bakı -°C

