Türk Hava Yolları Kazana uçuşların qrafikini dəyişdi
Türk Hava Yolları İstanbul və Kazan arasında uçuş cədvəlində dəyişiklik edib.
Adalet.az xəbər verir ki, uçuşların sayı dəyişməz qalıb - həftədə 7 dəfə. Lakin lakin əvvəllər geri dönüş reyslərinin yarısı səhər tezdən olub. İndi isə Türkiyə aviaşirkətinin bütün təyyarələri axşam saatlarında Tatarıstana çatacaq və bir saat sonra, gecə yarısına yaxın Türkiyəyə yola düşəcək. Bu cədvəl yanvarın sonuna kimi planlaşdırılır.
Aviaşirkət dəyişikliklərin səbəbini açıqlamayıb.
Xatırladaq ki, ötən gün Azərbaycan Hava Yolları Kazan üzərində hava məkanının vaxtaşırı bağlanması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırdığını bildirmişdi.
Digər Xəbərlər
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
21 Sentyabr 2026 13:35
İran Prezidenti də ABŞ-yə gedir
21 Sentyabr 2026 11:45


Bakı -°C

