Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər
Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər.
Adalet.az "Report"a istinadla xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziya kanalının saytında dərc olunan “Fürsətlər də var, risklər də. 2025 terrora son qoymaq ilidirmi?” sərlövhəli məqalədə yazılıb.
Qeyd olunub ki, Türkiyə yeni ilə terrora tamamilə son qoymaq hədəfi ilə başlayır: “Türkiyə həm ölkə daxilində, həm də xaricdə terrora son qoymaq üçün çoxtərəfli addımlar atır”.
Məsələ ilə bağlı “Haber Global”a danışan təhlükəsizlik eksperti Abdulla Ağarın sözlərinə görə, Suriyanın yeni hakimiyyəti terror təhdidini tamamilə aradan qaldırmasa, Türkiyə istədiyi vaxt yeni əməliyyata başlaya bilər: “Artıq bu nöqtəyə gəlib çıxmışıq”.
Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan belçikalı həmkarı Bernar Quintenlə birgə mətbuat konfransında deyib ki, Suriyadakı terror təşkilatlarının fəaliyyətinə son qoyulmalıdır.