Türkiyə BMT TŞ-nin qərarına etiraz etdi
Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Kiprdəki sülhməramlı fəaliyyətinin uzadılmasına etiraz edib.
Adalet.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, qərar qəbul edilərkən bu dəfə də Şimali Kiprin razılığı alınmayıb:
“Digər tərəfdən, BMT TŞ-nin istifadə müddəti bitmiş və gündəmdən düşmüş həll modellərinə istinad məsələsində israr etməsi bizi təəssüfləndirir”.
Bildirilib ki, rəsmi Ankara Şimali Kiprin atdığı bütün addımları dəstəkləyəcək.
“Kipr məsələsinin ədalətli, qalıcı və davamlı həlli yalnız yerdəki faktlar əsasında tapıla bilər. Biz BMT TŞ-i bu reallığı qəbul etməyə və Şimali Kipr xalqının suveren hüquqlarını təsdiqləməyə çağırırıq”, - bəyanatda qeyd olunub.
Digər Xəbərlər
01 Fevral 2025 09:49
Tramp Vaşinqtonda qəzaya görə hərbi helikopterin ekipajını təqsirləndirib
01 Fevral 2025 09:10Araqçi: İrana hücum tarixin ən böyük səhvi olardı
31 Yanvar 2025 16:37"ATƏT-in Minsk Qrupu nəyə lazımdır?" - Paşinyan
31 Yanvar 2025 16:28Tramp hərbiçilərini Suriyadan çıxaracaq
31 Yanvar 2025 16:27