Türkiyə gəmilərin boğazlardan keçməsinə görə ödənişləri ARTIRACAQ
"Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazlarından keçən gəmilərdən alınan ödənişin hesablanmasında istifadə edilən qızıl frankın qiyməti iyulun 1-dən etibarən 15% artırılaraq 5.83 dollara çatdırılacaq".
Adalet.az DHA-ya istinadla xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, dövlət ödənişlər hesabına ekoloji təhlükəsizliyin yaxşılaşdırılması üçün zəruri infrastrukturun və gəmilərin hərəkətinə nəzarət sistemlərinin təkmilləşdirilməsini davam etdirəcək.
Nazir xatırladıb ki, bu artım 2022-ci ildən bəri dördüncü olacaq.
Qeyd edək ki, gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsi qarşılığında ödəniş 1936-cı ildə boğazlar zonasında gəmiçiliyi tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frank əsasında hesablanır.
İmzalanan zaman qızıl frankı 0.8 dollara bərabər idi.
Digər Xəbərlər
10 Yanvar 2026 19:11
Britaniya XİN İranda etirazçıların öldürülməsini pislədi
10 Yanvar 2026 18:27
"Etirazçılara ölüm cəzası olacaq" - İranın baş prokuroru
10 Yanvar 2026 17:43
Makron Ukraynaya 6000 əsgərin yerləşdirilməsi planını təqdim etdi
10 Yanvar 2026 17:20


Bakı -°C

