Türkiyə Hava Yollarından turistlərə fürsət: Pulsuz şəhər turuna çıxacaqlar
Türkiyə Hava Yolları (THY) xaricdən gələn və İstanbul Hava Limanında gözləyən sərnişinlərinə başqa ölkəyə getmək üçün pulsuz şəhər turu ilə ziyarət fürsəti təqdim edir.
Adalet.az xəbər verir ki, THY-nin “Tourİstanbul” layihəsi çərçivəsində İstanbulu uçuşları üçün transfer nöqtəsi kimi istifadə edən sərnişinlər xoş anlar yaşayırlar.
İstanbul Hava Limanında 6-24 saat arası vaxtı olan sərnişinlər iki reys arasında şəhərin tarixi və mədəni dəyərlərilə tanış olmaq şansı əldə edirlər.
THY rəsmiləri səhər saatlarında xüsusi avtobuslarla tranzit sərnişinləri götürür və qonaqlarını Dolmabaxça Sarayına gətirir. Burada ənənəvi səhər yeməyi verilən sərnişinlər giriş haqqı ödəmədən bələdçi ilə Topkapı Sarayı və Ayasofya məscidini gəzə bilirlər.
Sərnişinlərə nahar da təklif olunur. Sonra onlar şəhərin digər mühüm tarixi və turistik yerlərini gəzdikdən sonra İstanbul Hava Limanına gətirilirlər.
THY “Tur Marketing” meneceri Abdullah Yormaz sərnişinləri gözləmə müddətlərinə görə fərqli turlarda qəbul etdiklərini söyləyərək bildirib: “Gündə 6 fərqli tur təşkil edirik. Qışda alış-veriş, yayda isə Boğaziçi turumuz var. 2024-cü ildə “Tousİstanbul”u ilk olaraq Amerika, daha sonra Çin, Meksika, Fransa və Qazaxıstan sərnişinləri seçib”.
Digər Xəbərlər
22 Yanvar 2026 11:44
“Azərbaycanın bu platformada təmsil olunması ölkənin strateji maraqları baxımından...”
21 Yanvar 2026 17:27
Azərbaycan Britaniyadan qızıl tədarükünü artırdı
21 Yanvar 2026 17:23
Şaxtavurmaya görə fermerlərə nə qədər ödəniş edilib?
21 Yanvar 2026 14:49
Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
21 Yanvar 2026 14:48
Yaşa görə pensiyanın orta aylıq məbləği 53 manat artırılacaq
21 Yanvar 2026 14:48
"Bu dəyişiklik vətəndaşların pensiya məbləğini artırardı" - Deputat
21 Yanvar 2026 11:20
“Avropadan Azərbaycana investisiya marağı gözlənilən səviyyədə deyil”
21 Yanvar 2026 10:38


Bakı -°C

