Türkiyə ikinci AES-in tikilməsinə qərar verib
"Ankara ölkədə ikinci Atom Elektrik Stansiyasının (AES) tikintisini “Rosatom”a həvalə etmək barədə siyasi qərar verib".
Adalet.az xəbər verir ki, bunu “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev deyib.
Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə qərar qəbul edib.
Məlumata görə, Türkiyədə tikilməkdə olan Akkuyu AES-in ilk reaktoru 2024-cü ildə işə salınacaq. Bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar məlumat verib. İlkin olaraq Akkuyu AES-in ilk enerji blokunun işə salınması 2023-cü ilə planlaşdırılırdı. Bu, Türkiyədə ilk atom elektrik stansiyasıdır, obyektin tikintisi Rusiyanın “Rosatom” korporasiyası ilə birgə həyata keçirilir.
Digər Xəbərlər
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
21 Sentyabr 2026 13:35
İran Prezidenti də ABŞ-yə gedir
21 Sentyabr 2026 11:45


Bakı -°C

