Türkiyə millisinin sabiq futbolçusu reanimasiyaya yerləşdirildi

Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu Tayfur Havutçu müalicə aldığı xəstəxanada reanimasiyaya yerləşdirilib.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, veteran müdafiəçi onkoloji xəstəlikdən əziyyət çəkir.
Keçmiş futbolçunun vəziyyəti ilə bağlı açıqlama verən həyat yoldaşı onun təxminən 1 həftə əvvəl infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirildiyini bildirib. O, Havutçunun durumunun normal olduğunu söyləyib.
Qeyd edək ki, Tayfur Havutçu 1994-2004-cü illərdə Türkiyə millisində çıxış edib.
Digər Xəbərlər
28 Oktyabr 2025 18:31 Beynəlxalq dərəcəli hakim-inspektorumuz Konfrans Liqası oyununa təyinat aldı
28 Oktyabr 2025 16:58 “Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq
28 Oktyabr 2025 16:47 Bellinqem Vinisiusun rekordunu yenilədi
27 Oktyabr 2025 14:59 

Bakı -°C 










