Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.
Adalet.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin Fransadakı evi qarət olunub. Hadisə o, ailəsi ilə birlikdə evdə olarkən baş verib. Bu barədə oyunçu şəxsi instaqram hesabında paylaşım edib.
Y. Yazıcı evin giriş qapısında səslər eşidib və dərhal polisə müraciət edib. Futbolçunun çağırışından sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları cinayətkarları həbs ediblər.
Qeyd edək ki, Yusif Yazıcı Fransada 3-cü dəfə bu cür halla üzləşib. Daha əvvəl onun avtomobili oğurlanıb
Digər Xəbərlər
03 May 2024 22:06
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37“Fənərbağça” Di Mariyanı transfer etmək istəyir
03 May 2024 16:12Xankəndi istiqamətində dəhşətli avtoqəzaya düşən PFL prezidentinin son durumu AÇIQLANDI
03 May 2024 11:10