Türkiyə Netanyahunu beynəlxalq axtarışa verə bilər
Türkiyə Ədliyyə Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun bəşəriyyətə qarşı cinayətlər və soyqırım ittihamı ilə beynəlxalq axtarışa verilməsi tələbi ilə ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat yayıb.
“Netanyahuya qarşı soyqırımı ittihamı ilə 14 iyul 2026-cı il tarixində verilmiş həbs qətimkan tədbiri qərarlarına uyğun olaraq, Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyindən qırmızı bülletenlə beynəlxalq axtarış elan olunmasını xahiş edib, müvafiq sənədlər həmçinin Xarici İşlər Nazirliyinə ünvanlanıb”, – dərc olunan rəsmi bəyanatda qeyd olunub.
Xatırladaq ki, iyul ayında İstanbul 11-ci Ağır Cəza Məhkəməsi “Sumud” humanitar flotiliyası işi üzrə İsrailin Baş nazirini beynəlxalq axtarışa verib. Türkiyə mətbuatının məlumatına görə, Netanyahu qəddarcasına rəftar, bəşəriyyətə qarşı cinayətlər, qəsdən sağlamlığa zərər vurma, azadlıqdan məhrumetmə, qarət və nəqliyyat vasitələrinin qanunsuz saxlanılmasında ittiham olunur. Bu iş üzrə İsrailin daha 34 yüksək rütbəli rəsmisi də təqsirləndirilən şəxs qismində tanınıb.
Digər Xəbərlər
22 Avqust 2026 00:44
Belarus bu ölkədəki səfirliyini bağlayır
22 Avqust 2026 00:25
Şimali Koreya nəhəng raketini Rusiyaya verdi
21 Avqust 2026 23:12
“Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”
21 Avqust 2026 22:34
“Tarixi və unudulmaz bir dərs veriləcək”
21 Avqust 2026 22:18
“Trampın kursunu dəstəkləyin, silah alın” - Ağ Ev Avropanı küncə sıxışdırır
21 Avqust 2026 21:33
Türkiyədə mədən çökdü - Ölən və yaralananlar var
21 Avqust 2026 21:16
Ukraynada ticarət mərkəzi vuruldu - 14 ölü, 121 yaralı - YENİLƏNİB
21 Avqust 2026 21:00


Bakı -°C

