adalet.az header logo
  • Bakı -°C
28 Noyabr 2025 16:25
62
DÜNYA
A- A+

Türkiyə XİN: İstanbul danışıqlarına yenidən ev sahibliyi etməyə hazırıq

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna tərəfinin müzakirələri yenidən İstanbulda davam etdirməsi üçün Türkiyənin hazır olduğunu bildirib.

Adalet.az-ın məlumatına görə, Hakan Fidan müzakirə masasından geri çəkilməməyin vacib olduğunu bildirib:

“Birbaşa danışıqların bir çox mövzuda məhsuldar nəticələr verdiyini gördük və Cenevrədə yeni perspektivin formalaşdığını müşahidə edirik. Müzakirə zəminini qorumaq vacibdir. Türkiyə olaraq İstanbul danışıqlarına yenidən ev sahibliyi etməyə və birbaşa danışıqları dəstəkləməyə hazırıq. Müzakirə masasında geri çəkilməmək lazımdır”.