Türkiyədə 20 milyardlıq dələduzluq şəbəkəsi belə çökdürüldü - VİDEO
Türkiyənin Hakkari vilayətində hüquq-mühafizə orqanları tərəfindən ölkə tarixinin ən böyük kibercinayətkarlıq əməliyyatlarından biri həyata keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi “X” hesabına məlumat yayıb.
Bildirilib ki, qeyri-qanuni mərc və dələduzluq şəbəkəsinə qarşı keçirilən xüsusi əməliyyat nəticəsində 52 şübhəli şəxs saxlanılıb. Hakkari Polis İdarəsi və Yüksekova Baş Prokurorluğunun koordinasiyası ilə aparılan kiberpatrul və texniki analizlər zamanı cinayətkar qruplaşmanın fantastik məbləğdə pul dövriyyəsi üzə çıxıb.
Məlumata görə, şəbəkənin idarə etdiyi vəsaitin həcmi təxminən 20 milyard TL (təxminən 450 milyon dollar) təşkil edir. Rəsmi qurumlar bu rəqəmin Türkiyədə indiyə qədər kibercinayətlər sahəsində müəyyən edilmiş ən yüksək məbləğ olduğunu vurğulayıblar.
Nazirlikdən verilən bəyanatda qeyd olunub ki, informasiya sistemləri vasitəsilə vətəndaşlara qarşı dələduzluq edənlərin virtual izlənməsi fasiləsiz davam etdirilir və bu cür cinayətkar qruplaşmalara qarşı mübarizə qətiyyətlə sürdürüləcək.
Digər Xəbərlər
31 Mart 2026 21:00
Fransa Trampın ittihamlarına cavab verdi
31 Mart 2026 20:21
Zelenski: Sabah Ukrayna və ABŞ arasında videodanışıqlar keçiriləcək
31 Mart 2026 20:12
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
31 Mart 2026 19:52
Ərdoğan: Türkiyə təhlükəsizlik sahəsində 5G ilə yeni nailiyyətlər əldə edəcək
31 Mart 2026 19:40
SEPAH ABŞ-nin bu məşhur şirkətlərini vurmaqla hədələdi
31 Mart 2026 19:35
Çin və Pakistan Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsi üzrə beş bəndlik təşəbbüs irəli sürüblər
31 Mart 2026 19:17
Rusiyaya qarşı sanksiyalar genişləndirilə bilər - Kallas
31 Mart 2026 19:00


Bakı -°C

