Türkiyədə etirazlar: 172 nəfər həbs edildi

İstanbul Böyüşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu barəsində aparlan korrupsiya və terrorizmlə bağlı istintaqa etiraz edərək iğtişaşlara qoşulan şəxslərdən 172-i həbs edilib.
Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 29-u şərti azadlığa buraxılıb. Digər tərəfdən, 6 nəfərə ev həbsi tətbiq edilib, biri isə sərbəst buraxılıb.
Qeyd edək ki, Türkiyədə martın 19-dan 25-dək keçirilən etiraz aksiyalarında 1418 şəxs saxlanılıb.
Digər Xəbərlər

ABŞ Ermənistanda xarici yardım layihələrini dayandırır

"İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır" - Saakaşvili

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək
