Türkiyədə məşhur aparıcının ərini qətlə yetirdilər
Türkiyədə məşhur aparıcı Ece Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu öldürülüb.
Gecə saatlarında İstanbulda restoranlardan birində naməlum şəxslər tərəfindən Mahmutyazıcıoğlu və sürücüsü naməlum şəxslər tərəfindən güllələnib.
Onlar xəstəxanaya yerləşdiriliblər. Mahmutyazıcıoğlu həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.
Qeyd edək ki, Mahmutyazıcıoğlu bir müddət “Beşiktaş” futbol klubunun idarə heyətində olub.
Uzun illər Ece Erkenlə veriliş təqdim edən Bircan Bali “Söyləməsəm olmaz” proqramının canlı yayımında bəzi açıqlamalar verib.
Onun sözlərinə görə, Mahmutyazıcıoğluna yeddi güllə vurulub. Onun son sözü “lütfən məni xilas edin” olub. Həyat yoldaşının ölüm xəbərini alan Ece Erkenlə əlaqə saxlamaq mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanıb.(oxu.az)
Digər Xəbərlər
18 Sentyabr 2026 20:00
100 il əvvələ qayıdırıq
18 Sentyabr 2026 17:33
"Sənin kimi sənətçi ilə tanış olmaq mənə şərəfdir" - Alim Qasımovdan Üzeyir Mehdizadəyə
18 Sentyabr 2026 13:17
"And içmişəm, hamısının adını sadalayacağam"
18 Sentyabr 2026 10:36


Bakı -°C

