Türkiyədə səs salan Qazaxlı boks çempionu - FOTOLAR
Osmanlı Həsən Göyüş oğlu 2002-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.
2008-ci ildə Daş Salahlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub, 2019-cu ildə həmin məktəbi bitirib. 2019-cu ildə Türkiyənin On doqquz Mays Universitetinin idman elmləri fakultəsinin tələbəsidir. Müntəzəm olaraq 7 yaşından boksla məşğul olur.
Əvvəllər Azərbaycan Ordu İdman Klubunun tərkibində çıxış edib. Boks üzrə Azərbaycan birinciliyində 75 kq çəkidə 2-ci və 3-cü yerləri qazanıb. 2019-cu ildən sonra Türkiyədə tələbələr arasında 1-ci yeri tutaraq çempion olub.Daha sonra Türkiyə çempionatında U-22 80 və 86 kq-da bir dəfə ikinci yeri, bir dəfə də üçüncü yeri tutub. 2023-cü ilin dekabr ayında isə Türkiyə çempionatında Böyük Erkəklər arasında çempion olub.
Türkiyədə vətəndaşlığı olmadığı üçün Avropa çempionatına aparmadılar. Mənim yerimə finalda nokauta saldığım Emre Yaşarı Avropaya apardılar və çempion oldu.Hazırda Azərbaycan Ordusunda xidmət etmək arzusundadır. İstəyir ki, İdman formasından düşməsin və Ordu İdman Klubunun tərkibində idman kariyerasını davam etdirsin. Yəqin ki, onun bu arzusuna Boks Federasiyası və əlaqədar təşkilatlar da müsbət münasibət bildirəcəklər.
Osmanov Akif
Digər Xəbərlər
24 Dekabr 2025 11:44
"Arsenal" "Çelsi"yə , “Nyukasl” "Siti"yə qarşı
24 Dekabr 2025 11:34
“Fənərbağça”nın prezidentinin narkoloji testi pozitiv çıxdı
23 Dekabr 2025 17:03
Azərbaycan çempionatının ən bahalı futbolçusu məlum oldu
23 Dekabr 2025 13:22
Rafinya karyerasını bitirdi
23 Dekabr 2025 11:46
Misli Premyer Liqasında 2025-ci ilin ən yaxşı komandası müəyyənləşdi
22 Dekabr 2025 17:55
Misli Premyer Liqasında XVII turun oyun cədvəli
22 Dekabr 2025 17:03
Avtomobilini saxlayıb marketə getdi, qayıdanda maşını tapmadı - Bakıda oğurluq
22 Dekabr 2025 16:49


Bakı -°C

