Türkiyədə terror təşkilatına qarşı əməliyyat- 42 nəfər saxlanıldı
Türkiyədə son bir həftədə 17 vilayətdə İŞİD-ə qarşı həyata keçirilən "GÜRZ-35" əməliyyatlarında 42 şübhəli saxlanılıb.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib.
Qeyd olunub ki, əməliyyatlar Adana, Ankara, Balıkəsir, Batman, Bursa, Bitlis, Diyarbakır, Ədirnə, Qaziantep, İstanbul, Kahramanmaraş, Karabük, Kayseri, Kocaeli, Mardin, Mersin və Şanlıurfada həyata keçirilib.
Əməliyyatlar zamanı tutulan şübhəlilərin terror təşkilatının üzvü olduqları, təşkilatı maliyyələşdirdikləri və sosial media hesabları vasitəsilə təbliğat apardıqları müəyyən edilib və çoxlu sayda təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.