Türkiyədə yeni konstitusiya hazırlanır
“Görülən işlərlə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana məlumat veririk. Yaxın zamanda ona təqdimat həyata keçirəcəyik”.
Adalet.az xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Cevdet Yılmaz yeni Konstitusiyanın hazırlanmasına dair bildirib.
“Siyasət çərçivəsi hazırlayırıq. Konstitusiya ilə bağlı işlərdə əsas məsuliyyət parlamentin üzərindədir. Bu mövzuların parlamentdə müzakirə olunması üçün uyğun şərait yaranarsa, AK Partiya olaraq hazırlıqlarımızı tamamlamağa çalışacağıq. Artıq xeyli irəliləmişik. Bu işin parlamentdə başlaması vacibdir ki, mənalı iş görülə bilsin. MHP ilə işimizi bitirmişik, biz də intensiv şəkildə işləyirik, amma bu mərhələdə hələ yekun təqvim verə bilmərik. Prezidentimizə işlərimizlə bağlı müəyyən mövzuları təqdim edirik, yaxın zamanda ona yekun təqdimat həyata keçirəcəyik”, - Yılmaz qeyd edib./Teleqraf
Digər Xəbərlər
03 Fevral 2026 19:51
Tokayev Pakistanda top atəşi ilə qarşılandı
03 Fevral 2026 19:42
"Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır" - Ərdoğan
03 Fevral 2026 19:35
Bakıdan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatdı
03 Fevral 2026 18:22


Bakı -°C

