Azarkeşlərə səfər qadağası qoyuldu
İtaliya A Seriyasının lideri "İnter"in azarkeşləri cəzalandırılıb.
Adalet.az xəbər verir ki, "Reuters"in məlumatına görə, İtaliya Daxili İşlər Nazirliyi Milan klubunun fanatlarına martın 23-nə qədər səfər oyunlarına getməyi qadağan edib.
Bu sərt qərara səbəb bazar günü "Kremoneze" ilə matçda qonaq sektorundan qapıçı Emil Auderoya tərəf yandırıcı maddənin (fayer) atılması olub.
Qərara əsasən, Lombardiya bölgəsində yaşayan azarkeşlərə "Sassuolo", "Leççe" və "Fiorentina" ilə səfər oyunları üçün bilet satışı dayandırılıb. Ancaq martın 8-də əzəli rəqib "Milan"la keçiriləcək derbi matçı bu qadağaya şamil edilməyib. Nazirlik bunu oyunun eyni şəhərdə keçirilməsi və azarkeşlərin səfər etməsinə ehtiyac olmaması ilə əsaslandırıb.
Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən "İnter" ən yaxın izləyicisini 8 xal qabaqlayır. Komanda bu bazar günü "Sassuolo"nun qonağı olacaq.
Digər Xəbərlər
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir
03 Aprel 2026 12:08
İnzibati işçilərə ən çox maaş ödəyən Azərbaycan klubu
03 Aprel 2026 12:01


Bakı -°C

