Türkiyənin daxili işlər naziri istefa ərizəsini Ərdoğana təqdim edib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hələlik Türkiyə dövlət başçısının istefa ərizəsinə nə cavab verdiyi məlum deyil. Bəzi mənbələr R.T.Ərdoğanın istefa ərizəsini qəbul etdiyini bildiriblər.
Xatırladaq ki, ötən gecə Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda qadın terrorçuların polis məntəqəsinə silahlı hücumu zamanı bir polis əməkdaşı həlak olub, daha bir asayiş keşikçisi yaralanıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisəni terror aktı adlandırıb. O qeyd edib ki, terrorçulardan ikisi ələ keçməmək üçün özlərini partladıb.
Süleyman Soylunun istefasının da məhz sonuncu olayla əlaqədar olduğu bildirilir.
Digər Xəbərlər

Türkiyə müharibə planını nəzərdən keçirir

"Ukrayna hücuma keçməlidir" - Tramp

Ərdoğan təlim keçən azərbaycanlı zabitlərin məzun gününə qatıldı

Qlobal istilər təhlükəli həddə çatıb

Suriyadakı toqquşmalarda 600-ə yaxın insan ölüb

Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb

Suriyada nazirə sui-qəsd cəhdi olub - Əl Şaraa Dəməşqi tərk etdi
