Türkiyəsiz mümkün deyil - Ərdoğan
“İllərdir hər platformada ölkəmizin Avropa İttifaqına bir çox istiqamətdə müsbət töhfələr verə biləcəyini izah edirik. Avropanın mövcud müdafiə və təhlükəsizlik mexanizmlərinə Türkiyəni daxil etməsinin vaxtı çoxdan çatıb. Dünya dəyişir, Avropa İttifaqı bu sürətli transformasiyalar dövründə daha nə qədər dar gündəmlərin əsirində qala bilər? Bunu anlamaq çətindir”.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Doğru seçim Türkiyənin Avropaya inteqrasiyasının qarşısındakı ideoloji sədləri qaldırmaq və Avropanın gücünə güc qatmaqdır. Türkiyəni kənarda saxlayan, dünya reallıqlarını görməzdən gələn yanaşmaların heç də məntiqli olmadığını artıq qəbul etməlidirlər. Avropada yeni müdafiə arxitekturası qurmaq niyyətindədirlərsə, bunun Türkiyəsiz yaradılmasının yetərsiz olacağı bəllidir.
Türk ordusu bu gün NATO daxilində ən böyük və ən təsirli ordulardan biridir. Ordumuza olan etimadımız tamdır. Bu sayədə biz yalnız masa arxasında danışan deyil, sahədə imkanlarını nümayiş etdirən ölkəyik. Ümid edirəm ki, Türkiyə olmadan Avropanın möhkəm təhlükəsizlik arxitekturası qurmağın mümkün olmadığını artıq hamı anlayıb”, - dövlət başçısı bildirib./Teleqraf
Digər Xəbərlər
13 Mart 2026 00:33
İrana hücumdan əvvəl İsrail və ABŞ pilotlarının SƏS YAZISI
12 Mart 2026 23:30
Tramp İsrailə bir həftə vaxt verdi: Müharibəni dayandır!
12 Mart 2026 18:55
"Qonşu ölkələrdəki ABŞ hərbi bazaları bağlanmalıdır, əks halda..." - Xamenei
12 Mart 2026 18:39
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
12 Mart 2026 17:48
"Bu halda digər cəbhələr açılacaq" - Müctəba Xamenei ilk dəfə danışdı
12 Mart 2026 17:35
"İran ABŞ və İsrailə səhv cavablar verdi" - Hakan Fidan
12 Mart 2026 15:56
Quterreş Türkiyədə səfərdədir, Fidanla görüşdü
12 Mart 2026 14:39


Bakı -°C

