"Türklər niyə hələ də Sünikdədir" sualına Poqosyan:"Biz onların ərazisində 35 il olduq”

2021-ci ildə Azərbaycan Ordusunun Qaragöl istiqamətində irəliləməsi ilə bağlı Zəngəzur (Sünik) vilayətinin qubernatoru Melikset Poqosyan erməni mediasına açıqlamasında Azərbaycan Ordusunun əmr yerinə yetirdiyini bildirmişdi:“Onlar əsgərdir, rəhbərliyin əmri olmasa, geri çəkilməyəcəklər. Azərbaycan Ordusunun əlində hansısa xəritə var və o xəritə əsasında sübut etmək istəyirlər ki, bu ərazilər Azərbaycana məxsusdur”, - o bildirib.
“Azərbaycan Ordusu nə qədər irəliləyib” sualına isə Poqosyan “1,8-2 kilometr” cavabını vermişdi.
Adalet.az xəbər verir ki, Ermənistanın baş naziri və müdafiə naziri olmuş Vazgen Sarkisyanın doğum günü münasibəti ilə, Yerablur Hərbi Panteonunu ziyarət ed Ermənistan İnqilabi Federasiyasının nümayəndələri və vətəndaşlar arasında keçmiş qubernator Melikset Poqosyanda olub.Jurnalistlər ona sual verərək, Azərbaycan ordusunun niyə indiyənə qədər Zəngəzurda peyda olmasına və hələ də çıxmamasına açıqlama gətirməsini istəyiblər:” Azərbaycan tərəfinin Ermənistan ərazilərindən çıxması tələbi niyə irəli sürülmür?”.Poqosyanın jurnalistlərə cavabı kəsə və qısa olub:”Biz də 35 il onların ərazilərində qalmışıq”-deyə vurğulayıb.
Xatırladaq ki, Qarabağ və ətraf rayonların işğalda saxlanıldığı zaman Ermənistan sərhədi qanunsuz olaraq irəli çəkərək, örüş sahələri, su mənbələri, qızıl yatağı (Söyüdlü) və s. təbii sərvətləri mənimsəmişdi. 44 günlük Vətən savaşından sonra sərhədlərin dəqiqləşməsi prosesi gedərkən Müzəffər Azərbaycan Ordusu qanuni torpaqları bərpa etdikdə isə ermənilər hay-küy salaraq, guya bu ərazilərin onlara məxsus olduğunu iddia edib, zəbt etdiyi ərazilərin bir hissəsini də olsa, saxlamağa çalışırlar.
Əntiqə Rəşid
Digər Xəbərlər

Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatdı - VİDEO

Sabah “Daxili qoşunlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Prezidentdən SOMDA ilə bağlı FƏRMAN

Prezident Təşkilat Komitəsi yaratdı - Samir Şərifov sədr təyin edildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransında

AZAL təyyarəsinin qəzaya uğradığı yerə getdilər
