Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər açıqlandı
Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 31 852 cinayət qeydə alınıb, onlardan 90,5 faizi açılıb. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib.
Adalet.az xəbər verir ki, bu barədə DİN-də keçirilən Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, cinayətlərin 92,8 faizi və ya 29.572-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan hüquqazidd əməllər olmaqla 93,5 faizinin açılması təmin edilib. Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 90,1, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9, şəxsiyyət əleyhinə olanların 98,9, mülkiyyət əleyhinə olanların 89,5 faizi, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, soyğunçuluqların və quldurluqların hamısı açılıb. Xırda talamaların açılmasının nəticələri də yaxşılaşaraq 92 faizə yüksəlib.
Cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrası sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Prokurorluq orqanları ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə cəmiyyətdə rezonans doğurmuş bir sıra cinayətlərin açılması təmin edilib, eləcə də keçmiş illərdən bağlı qalmış 355 cinayət açılaraq təqsirli şəxslər məsuliyyətə cəlb olunub.
Ağır və xüsusilə ağır cinayətlər törətmiş 1033 nəfər tutulub, 214 kriminal qrup zərərsizləşdirilib. Qrup halında baş verən cinayətlər 8,9, odlu silahın tətbiqi ilə törədilənlər 44,1, ailə münaqişəsi zəminli cinayətlər 3,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 17,5 faiz azalıb. Eyni zamanda, ümumi cinayətlər 6,2, ağır və xüsusilə ağır cinayətlər 8,6, qeyri-aşkar şəraitdə baş verənlər 10,5, qəsdən adam öldürmələr 8,8, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,7, mülkiyyət əleyhinə olanlar 6,7, onlardan informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər 16,9, habelə yol-nəqliyyat hadisələri 12,3, qəzalarda ölənlərin sayı 9,8, xəsarət alanların sayı 13,6 faiz azalıb.
Digər Xəbərlər
23 Yanvar 2026 17:41
Audiovizual media subyektlərinin sayı açıqlandı
23 Yanvar 2026 17:17
Leyla Əliyeva bacısını təbrik etdi - FOTO
23 Yanvar 2026 17:11
Hərbi Prokurorluqda ilin yekunlarına dair kollegiya iclası keçirildi
23 Yanvar 2026 17:02
Beynəlxalq axtarışa verilmiş 40 nəfərin yeri müəyyən olundu
23 Yanvar 2026 17:01
Alena Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO
23 Yanvar 2026 17:01
Qız qaçırmaya görə 32 şəxs barədə məsuliyyət tədbirləri görüldü
23 Yanvar 2026 17:00
Pornoqrafik materiallar yayan 272 sayt bloklandı
23 Yanvar 2026 16:57


Bakı -°C

