adalet.az header logo
  • Bakı -°C
03 Mart 2026 12:32
86
GÜNDƏM
A- A+

Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir

“Müdafiə haqqında” Qanuna dəyişiklik olunur.

Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyəti ləğv edilir.

Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.