Vergi ödəyicilərinin nəzərinə - Müddət azaldıldı
Fiziki şəxslərin yenidən uçota alınması və uçot məlumatlarının dəyişdirilməsi qaydalarında dəyişiklik edilib.
Adalet.az-ın məlumatına görə, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.
Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.
Qərarda bildirilib ki, yuxarıdakı abzasına əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün (daha əvvəl bu müddət 40 gün idi – red.) müddətində ərizə verməlidir.
Vergi Məcəlləsinə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.
Qərarda vurğulanıb ki, yuxarıdakı abzasa əsasən, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verilmiş ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə dəyişiklik baş verən gündən 15 gün (daha əvvəl bu müddət 40 gün idi – red.) müddətində vergi orqanına məlumat verməlidir.
Digər Xəbərlər
21 May 2026 13:30
Azərbaycanın London Fond Birjasında olmamasının SƏBƏBİ
21 May 2026 11:10
“Bu sahədə hələ tam istədiyimiz zirvəyə çatmasaq da...”
20 May 2026 21:07
Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək
20 May 2026 11:17
Apreldə 174 minə yaxın insan aylıq sosial müavinət alıb
20 May 2026 10:24
"Qanunsuz tikililər üçün edilən amnistiya sosial qayğıları həll etsə də..." - Mikayıl Cabbarov
20 May 2026 10:19
“Bakı-Tbilisi xətti regionun iqtisadi və sosial inteqrasiyası baxımından...”
20 May 2026 10:11
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
19 May 2026 12:56


Bakı -°C

