adalet.az header logo
  • Bakı -°C
03 Mart 2026 12:10
70
GÜNDƏM
A- A+

"Qadınlar ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar" - Deputat

"Azərbaycanda nikahların və boşanmaların vəziyyəti ürəkaçıcı deyil. Acınacaqlı durum var. 2025-ci ilin 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, ən dəhşətlisi budur ki, son 9 ayda Bakıda bütün qeydə alınmış nikahların 56%-i boşanma ilə nəticələnib: "Yəni, 100 nəfər evlənən olubsa, onun 56-sı boşanıb. Bu, olduqca ciddi məsələdir. Ağırlığı kişinin üzərinə qoyub aliment kəsirlər. Bir çox vaxt qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar. Mediasiya Şurasın səlahiyyət verməliyik ki, məhkəməyə bu qadınların və ya kişilərin niyəti ilə bağlı rəy versinlər və aliment kəsilməsi məsələsində ədalətli davransınlar. Çünki bir çox hallarda ailənin dağılmasının səbəbkarını ayırd eləmək olmur".