Cinayət mühakimə icraatının elektron aparılma qaydası dəyişir
Azərbaycanda cinayət mühakimə icraatının elektron qaydada aparılması qaydalarında dəyişiklik ediləcək.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, elektron qaydada cinayət mühakimə icraatı Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş ümumi qaydalara uyğun olaraq həyata keçiriləcək.
Cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydası müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Cinayət mühakimə icraatının elektron qaydada aparılması zamanı sənəd dövriyyəsinin və cinayət-prosessual fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə ediləcək.
“Elektron imza və elektron sənəd haqqında” Qanunda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq.
Cinayət-Prosessual Məcəllədə kağız daşıyıcıda tərtib olunması nəzərdə tutulan sənədlər gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla göndərilə, saxlanıla və yoxlanıla biləcək.
Kağız daşıyıcıda verilmiş və ya tərtib edilmiş sənədlər cinayət mühakimə icraatını elektron qaydada aparan təhqiqatçı, müstəntiq, prokuror və ya hakim tərəfindən gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla müvafiq informasiya sistemlərinə yükləniləcək.
İstintaq və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda cinayət prosesini həyata keçirən orqan müvafiq informasiya sistemi vasitəsilə göndərilmiş sənədin əslini tələb edə biləcək.
Cinayət mühakimə icraatı elektron qaydada aparıldıqda cinayət təqibi üzrə materialların məhv edilməsinin qarşısının alınması məqsədilə onların ehtiyat nüsxəsinin formalaşdırılaraq saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən təmin ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
03 Mart 2026 13:35
İrandan Azərbaycan sərhədi ilə 89 nəfər təxliyə olunub
03 Mart 2026 12:32
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
03 Mart 2026 12:29
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
03 Mart 2026 12:25
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşir
03 Mart 2026 12:24
Bu məlumatların yayılmasına yol verilməyəcək
03 Mart 2026 12:22
Reklamda uşağın görüntüsündən bu halda istifadə edilə biləcək
03 Mart 2026 12:21
Uşağa ad qoymaqla bağlı yeni qayda
03 Mart 2026 12:10


Bakı -°C

