adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Yanvar 2021 11:11
31832
İDMAN

Üç cüdoçumuz “Masters”də mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha üç cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən “Masters” turnirində mübarizəyə qoşulacaq.

Yarışın son günündə kişlərin mübarizəsində Zelim Kotsoyev və Elmar Qasımov (hər ikisi -100 kq), qadınlarda isə İrina Kindzerska (+78 kq) medal qazanmağa çalışacaq.

Osetin legionerimiz Kotsoyev 1/16 finalda Ramadan Darvişlə (Misir), Qasımov eyni mərhələdə Rafael Buzakarini (Braziliya) ilə üz-üzə gələcək.

Ukraynalı legionerimiz Kindzerska isə 1/8 finalda Sandra Yablonskite (Litva)/Yasmin Qrabovski (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışlara yerli vaxtla saat 10:00-da start veriləcək.