Üç uşağı olanlar 5 il tez pensiyaya çıxsın - TƏKLİF
"Pensiya tez çıxmaq istiqamətində bizə xeyli suallar verilir. Son illər yaxşı addımlar atılır. Güzəştli şərtlərlə pensiyaya çıxanların dairəsi genişlənir. Növbəti illərdə pensiyaya güzəştli şərtlərlə çıxanların dairəsinin genişləndirilməsi istiqamətində hansı addımların nəzərdə tutulduğunun açıqlanmasını istərdim".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycanda 5 il tez pensiyaya çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara verilib: "Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir. Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun".
Digər Xəbərlər
05 Noyabr 2025 13:30
Prezident onları TƏLTİF ETDİ
05 Noyabr 2025 12:31
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
05 Noyabr 2025 12:15
“Gənclərimiz bilsinlər ki, yüksək sürət, təhlükəli manevrlər heç kimə xeyir gətirməyib”
05 Noyabr 2025 12:09


Bakı -°C

