05 Iyul 2024 11:18
377
İDMAN

UEFA Ronaldunu cərimələyə bilər

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu Almaniyada təşkil olunan Avropa çempionatında UEFA qaydalarını pozaraq reklam verməkdə ittiham olunur.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, "Whoop" şirkəti AVRO-2024-də Sloveniya yığması ilə 1/8 final matçında (0:0, penalti seriyasında 3:0) hücumçunun məlumatlarını dərc edib.

Penaltilər seriyasında forvardın nəbzi dəqiqədə 180-dən 100-ə düşüb və Bernardu Silvanın həlledici zərbəsi zamanı 180-ə yüksəlib.

Turnirin sponsorlarının fikrincə, Ronaldu və şirkət cərimə olunmalıdır.

Qeyd edək ki, oyunçu "Whoop"un investoru və səfiridir. AVRO-2024 iyulun 14-də başa çatacaq.