08 Mart 2025 20:34
377
DÜNYA

Ukrayna Belqorodda 3 məntəqəyə hücum etdi

Rusiyanın Belqorod vilayətinin üç məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.

Adalet.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında bildirib.

O bildirib ki, Ukraynanın bölgəni atəşə tutması nəticəsində 5 bina və elektrik xətti zədələnib. Hücum nəticəsində xəsarət alan olmayıb.